Modern.az

Bu ölkədə təhlükəli xəstəliyə yoluxanların sayı 44 minə çatdı

Bu ölkədə təhlükəli xəstəliyə yoluxanların sayı 44 minə çatdı

6 Noyabr 2019, 21:27

Bu il Pakistanda denge qızdırmasına yoluxanların sayı 44 min nəfərdən çox olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu göstərici ölkə tarixində rekord hesab olunub.

Bildirilir ki, il ərzində bu xəstəlikdən 66 ölüm halı qeydə alınıb.

Ən çox yoluxma halı paytaxt İslamabadda qeydə alınıb. Bu şəhərdə 12,4 mindən çox, Sind əyalətində 10,1 min, Pəncabda isə 9,2 min nəfər dengeyə yoluxub.

Bununla belə, yoluxanlar arasında ölüm halları azalıb. Belə ki, 2011-ci ildə 27 min yoluxma, 370 ölüm halı qeydə alınmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir