Modern.az

“VAZ-21011” ilə traktor toqquşdu, 2 nəfər yaralandı

“VAZ-21011” ilə traktor toqquşdu, 2 nəfər yaralandı

Aktual

10 Noyabr 2019, 11:37

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Qara Nuru kənd sakini Bəkirov Elşən Əhməd oğlunun idarə etdiyi traktorla 1990-cı il təvəllüdlü həmkəndlisi Bağırov Nemət Mübariz oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb.

 

Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı