Modern.az

Türkiyədə 4,9 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,9 bal gücündə zəlzələ oldu

Aktual

27 Dekabr 2019, 12:24

Türkiyədə yenə zəlzələ baş verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu gün səhər saatlarında Türkiyənin Elazığ əyalətində 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

Türkiyənin Kandilli rəsədxanası isə zəlzələnin gücünü 5.1 bal olaraq açıqlayıb.

 

Zəlzələnin Qaziantep, Malatya və Diyarbəkirdə də hiss edildiyi vurğulanır. Birinci zəlzələdən təxmini 10 dəqiqə sonra 3.8 baş gücündə ikinci silkələnmə də baş verib.

Zəlzələ proqnozları ilə məşğul olan türk ekspertlər zəlzələnin daha güclü şəkildə təkrarlanacağını istisna etməyiblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır