Modern.az

“Deputatlığa namizədlər əmlakını gizlətməməlidirlər” - Məzahir Pənahov

“Deputatlığa namizədlər əmlakını gizlətməməlidirlər” - Məzahir Pənahov

Aktual

7 Yanvar 2020, 17:00

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

 

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: “Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər”.

 

MSK sədri deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı