Modern.az

Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar

Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar

27 Yanvar 2020, 10:10

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Lalə Abbasova seçicilərlə dünən də görüşlərini davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova Xaçmazın Xəzər parkında seçicilərlə bir araya gəlib. Xaçmazın köhnə Xaçmaz və  Arzu kəndində də görüşlər keçirib.

 

Xaçmaz camaatı deputatlığa namizəd Lalə Abbasova ilə görüş zamanı bəzi məsələləri gündəmə gətiriblər. Rayon camaatı  sosial məsələlərin həllindən danışarkən imkanlı ailələrə yox, daha çox kasıb ailələrə sosial yardımın ayrılmasını təklif ediblər. Bəzi məmurların onlardan rüşvət istədiklərini də dilə gətiriblər. Hətta seçicilər sosial yardımın dayandırılmasını, onun əvəzində xarici ölkələrdə olduğu kimi, uşaq dünyaya gələrkən birdəfəlik ödəmə sisteminin olmasını istəyiblər.

 

Lalə Abbasova seçicilərlə söhbət zamanı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev gənc və peşəkar kadrdır. Zamanla bu məsələlər aradan qaldırılacaq.

 

Daha sonra seçicilərin problemi bəzi yolların asfaltlanması ilə bağlı olub. Həmçinin seçicilər Qudyal çayı üzərində olan körpünün yenidən təmir olunmasını deyiblər. Kənd camaatı axırıncı dəfə Lalə Abbasovanın təşəbbüsü ilə körpünün bərpa olunmasını xatırladaraq  yenidən istəklərini dilə gətiriblər. Seçicilərin sözlərinə görə, məktəblilər qış aylarında körpünün üzərindən keçə bilmirlər.

 

Deputatlığa namizəd bəi seçiciləri fərdi formada da qəbul edərək onları dinləyib. Lalə Abbasova seçicilərinin  etimad göstərib onu deputat seçəcəyi təqdirdə qaldırılan məsələləri aidiyyatı qurumlara çatdıracağına söz verib.

 

Sonda seçicilər səslərini Lalə Abbasovaya verəcəklərini qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır