Modern.az

Şəhidlər xiyabanına pul xərcləyən məktəbli – FOTO

Şəhidlər xiyabanına pul xərcləyən məktəbli – FOTO

3 Aprel 2012, 13:46

Bəzən deyirlər ki, zaman hər şeyin dərmanıdır. Amma işğal altında olan torpaqlarımızı və şəhidlərimizi bizə heç bir zaman belə unutdura bilməz. Vətənini sevən yeni nəsil gənclərimiz böyüyür və hər zaman torpaqlarının müdafiəsinə hazırdırlar. Belə gənclərdən biri ilə  Qarabağ qazisi Elməddin Səfərov II Fəxri xiyabanda rastlaşıb.
Qarabağ qazisi Elməddin Səfərov deyir ki, hər zaman öz döyüşçü yoldaşları ilə Şəhidlər xiyabanını, Fəxri xiyabanı ziyarət edir və təmizlik işləri aparırlar.
Dünən də II Fəxri xiyabanda 250 yaxın qızılgül əkiblər. Bu dəfə xiyabanda onlar  bir orta məktəb şagirdi ilə rastlaşıblar.
“Adı da özü kimi Qəhrəman olan bu oğlan çox böyük bir ürəyin sahibidir. O, Sumqayitda yaşayır və 31 nömrəli məktəbdə 8-ci sinifdə təhsil alır. Vaxt və imkan tapan kimi Şəhidlər xiyabanına gəlir və təmizlik işləri aparır. Yay aylarında isə hər gün gəlir. Bunun üçün də şəhərdə yaşayan babasının evində qalır. Və ona xərcləməyə verilən pulları yığır, şəhidlərin qəbri üstündə güllər əkir. Bu kiçik oğlanın qəlbində olan sevgi və qəhrəmanlıq hər kəsə nümunədir. Məncə bu belə bir  nəslin yetişdiyini görəndə həqiqətən yaşamağa dəyər. Çünki Qəhrəman kimi igidlərimiz yetişir” –deyə Qarabağ qazisi bildirib.

Elməddin Səfərov Qəhrəmanın şəklini də çəkib və onu Modern.az-a təqdim edib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir