Arxiv
22 Fevral 2020, 22:57 | AKTUAL
Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

Modern.az  xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Roma Papası onların Vatikana səfərlərini və özünün 2016-cı ildə Azərbaycana səfərini xatırladaraq bu səfərdən məmnun qaldığını bildirib.

Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxundu. Bildirdi ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd edib, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulayıb ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq. Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Prezident İlham Əliyev deyib ki, Papa Fransiskin Azərbaycana səfəri dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu baxımdan bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir. Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir.

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər əsasında aparılan əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

***

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. 

 

Modern.az-ın məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda anım tədbiri onlayn formada keçirilib 31 mart 2020, 18:25 Azərbaycanda 6 bələdiyyə sədri büdcəni TALAN ETDİ 31 mart 2020, 18:19 Rusiyadan Azərbaycana gələn 10 nəfər qızdırma ilə xəstəxanaya yerləşdirilib 31 mart 2020, 18:18 “BakuBus” sürücü axtarır - 800 manat maaş 31 mart 2020, 18:13 Prezidentdən Mikayıl Cabbarova tapşırıq: “Bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin...” - YENİLƏNİB 31 mart 2020, 18:01 Gürcüstanda spirtli içkilərin satışına qadağa qoyulub 31 mart 2020, 17:59 Azərbaycanla Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ 31 mart 2020, 17:55 Hava dəyişəcək - XƏBƏRDARLIQ 31 mart 2020, 17:50 Prezident tapşırıq verdi: “Bu həftədən başlayaraq ödəmələri həyata keçirin”  31 mart 2020, 17:45 Dünyanın ən rəqəmsal ölkəsi – Estoniyadan koronvirusla MÜBARİZƏ ÖRNƏYİ 31 mart 2020, 17:39 Azərbaycanda bəzi yerlərdə ov etmək qadağan olunacaq 31 mart 2020, 17:33 Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Azərbaycanda 17 bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açılıb 31 mart 2020, 17:18 Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev 31 mart 2020, 17:12 Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər? 31 mart 2020, 17:05 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 16:58 Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Azərbaycan parlamentində onlayn iclas  31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08