Modern.az

Tibb işçiləri rayonlarda da fasiləsiz işləyir - TƏBİB

Tibb işçiləri rayonlarda da fasiləsiz işləyir - TƏBİB

Aktual

22 Mart 2020, 11:22

Azərbaycanda koronavirusla gücləndirilmiş mübarizə tədbirləri davam etdirilir.

 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) Modern.az-a verilən məlumata görə, rayonlarda da əhalinin virusdan qorunması üçün tibb işçiləri fasiləsiz çalışırlar.

 

Həmçinin rayonlarda, kəndlərdə müvafiq tibb müəssisələrinin işçiləri koronavirusla əlaqədar olaraq evlərdə qeydiyyat və maarifləndirmə işləri aparırlar. Bütün əhali tibb müəssisələrində qeydiyyat üçün siyahıya alınıb, onlara ərazidə fəaliyyət göstərən səhiyyə işçilərinin və xəstəxanaların telefon nömrələri verilib.

 

Sakinlərə tapşırılıb ki, virus əlamətləri hiss etdikdə, ailə üzvlərindən hər hansında xəstəlik  simptomları özünü göstərdikdə, evdən çıxmadan səhiyyə işçiləri ilə əlaqə saxlasınlar.

 

Bütün tədbirlərin görülməsinə, qadağalara riayət olunmasına baxmayaraq, bir çox bölgələrdəki apteklərdə maska və spirt çatışmazlığı yaşanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir