Modern.az

Hər iki böyrəyi çıxarılan Zəlimxan Yaqubdan yeni xəbər var

Hər iki böyrəyi çıxarılan Zəlimxan Yaqubdan yeni xəbər var

Aktual

3 May 2012, 15:28


Xalq şairi Zəlimxan Yaqubun səhhəti yaxşıdır və o, işə çıxır. Bu barədə Modern.az saytına şairin özü məlumat verib:

“Mənim səhhətim getdikcə yaxşılaşır və həkimlər vəziyyətimi qənaətbəxş hesab edirlər. Dializə, müalicəmə davam edirəm və özümü çox yaxşı və gümrah hiss edirəm. Qan təzyiqi və qan dövranı da normaya düşüb. Səhhətimin belə olmasına baxmayaraq, işə də gedirəm, yazı da yazıram və hər şey də yaxşı olacaq. Dostlarım da daim məni ziyarət edir və səhhətimlə maraqlanırlar”.

Qeyd edək ki,  Xalq şairi Zəlimxan Yaqub bir müddət öncə ağır cərrahiyə əməliyyatına məruz qalıb. Onun hər iki böyrəyi çıxarılıb. Səhhətinin pisləşməsi ilə bağlı 3 ay Almaniyada müalicə alan şairə gələcəkdə yeni böyrək transplantasiya ediləcək.

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir