Modern.az

Nə yaxşı ki, heç olmasa, Şuşanın göyləri bizimdir...

Nə yaxşı ki, heç olmasa, Şuşanın göyləri bizimdir...

3 May 2012, 19:58

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Şuşa Qarabağın mənəvi paytaxtıdır” mövzusunda yazılıb

Şuşa mədəniyyətimizin, musiqimizin beşiyi, Qarabağın incisi, öz səfalı təbiəti ilə  seçilən, insanları əzəməti ilə özünə heyran edən gözəl bir diyardır. Bu diyarlar, bu yurdlar, bu torpaqlar bizlərə ulu əcdadlarımızın qoyub getdikləri sərvəti və əmanətidirlər. Ümumiyyətlə, yaşadığımız, üzərində addım-addım gəzdyimiz torpaqların hər qarışını rahat gəzdiyimiz kimi bizlər onu göz bəbəyimizi kimi qorumağı da bacarmalıyıq. Bu bizim hər birimizin damarlarından Azərbaycan qanı axan hər bir vətəndaşımızın müqəddəs borcudur.

Qarabağ və onun incisi olan Şuşa şəhəri dünya mədəniyyətinə və musiqisinə böyük şəxsiyyətlər yetişdirmiş bir məkandır. Qarabağ deyəndə Şuşa, Şuşa deyəndə isə ilk növbədə Qarabağ yada düşür. Qarabağı Şuşasız, bir sözlə Şuşasız Qarabağ yoxdur. Şuşa Qarabağ ilə tamdır və  bütövdür.

Tarix boyu Azərbaycanlılara ümumiyyətlə türklərə və türk torpaqlarına qarşı öz məkrli siyasətlərindən əl çəkməyən bədnam qonşularımız olan ermənilərin zaman-zaman tarixi ata-baba yurdlarımıza göz dikmələri, Dənizdən-dənizə Böyük ermənistan dövləti yaratmaq xülyası ilə yaşamaları və heç bir zaman öz düşməçilik mövqelərindən əl çəkməmələri, daim azərbaycanlılara qarşı soyqrım, kütləvi qırğın törətmələri ermənilərin  müstəqil Azərbaycanın varlığını heç bir zaman həzm edə bilmədiyinin sübutudur. Tarixi Azərbaycan torpaqları hesabına özlərinə Qondarma dövlət yaradan ermənilərin bununla kifayətlənməyərək Azərbaycanın gözü olan Dağlıq Qarabağa qarşı da ərazi iddiaları ilə çıxış etmələri və 1988-ci ildən başlayaraq Azərbaycana qarşı elan olunmamış birtərəfli müharibəsi nəticəsində torpaqlarımızın 20%-i işğal altına düşdü. Daim Rusiyanın himayəsinə sığınan və hər zaman da Rusiya tərəfindən dəstəklənəmələri bir daha Rusiyanın erməniləri müdafiə etməsini əyani şəkildə göstərmiş oldu. Qanı bahasına yenicə müstəqilliyə qədəm qoymuş Azərbaycanın isə o vaxt nizami ordusu yox idi. Azərbaycan torpaqlarını yurdumuzun igid, cəsur oğulları cəbhəyə yollanaraq könüllü şəkildə müdafiə edirdilər. Lakin düşmən ordusunun silah-sursat baxımından Rusiya tərəfindən tam təchiz edilməsi vəziyyəti düşmənlərin xeyrinə dəyişdirirdi. Ermənilərin ardı-ardına Azərbaycan torpaqlarını işğal etmələri və həmin ərazilərdə silahsız, əliyalın əhaliyə uşaq, qoca, yaşlı demədən kütləvi şəkildə qırğın törətmələri bütün bunlara isə  Rusiyanın göz yunması Azərbaycanı çıxılmaz vəziyyətə salmışdı. Digər tərəfdən Azərbaycanda hakimiyyət uğrunda siyasi mübarizə ağır dövrünü yaşayırdı. Milli birlik yox dərəcəsinə çatmışdı, bundan da düşmənlərimiz istifadə edərək durmadan torpaqlarımızı işğal etmələri və rəhbər şəxslərin seyirçi mövqeyində qalmları ermənilərin əməlli-başlı əl –qolunu açmışdı.

Hər zaman Rusiyadan dəstək alan erməni vandalları tarixi torpaqlarımızı işğal altına salaraq əhalini yurd –yuvalarından didərgin salırdılar. Nəticədə  1 mln-dan artıq soydaşımız öz yurd-yuvalarından qaçqın düşdü.  

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhəri də erməni vandalizminin qurbanı oldu. 1992-ci il mayın 8 –də öz əzəməti ilə, əlçatmazlığı ilə seçilən Şuşa o vaxtı rəhbər şəxslərin apardıqları uğursuz siyasətin qurbanına çevrildi. Natəvanın, Bülbülün, Üzeyir Hacıbəyovun, Xan Şuşunskinin  və s. mədəniyyət xadimlərimizin məskəni olan Şuşa xəyanətin qurbanına çevrildi. Ah nalələri göyləri titrədən uşaqların, qocaların, yaşlıların bir sözlə əliyalın qalmış Şuşalılar qan çanağında boğuldular. Qarabağ xanlığının qururu, beşiyi olan Şuşa bax beləcə xəyanətlər içərisində düşmənə təslim oldu.

Amma bu taleni biz özümüz-özümüzə yaşatdığımızdan şikayət etməyə də haqqımız olmasın gərək. Bu gün Şuşanın yoxluğu təkcə qəlblərə yox, yəqin elə düşüncələrə da hakim kəsilib ki, biz artıq neçəci ili Şuşasız başa vurduğumuzun da fərqində deyilik.  Şuşasız Azərbaycanda yaşamağın alnımıza vurduğu qara dsamğanı da yəqin elə bu üzdən silib –atmağa əlimiz qalxmır. Dünya dövlətlərinin ədalətinə Azərbaycanın haqq səsini duymaq ümidi ilə yaşamaqdan, nə vaxtsa haqqı nahaqqa verməyəcəklərinə bəslədiyimiz ümidləri silib aparan illərə də yalançı nikbinliklə baxırıq. Yəqin hələ anlamırıq ki, ötən hər il Şuşanı bizdən bir az da olsa addım-addım uzaqlaşdırır. Görəsən çadırlarda özünə ağızdolusu şuşalı adlandıra bilməyən neçə körpə dünyaya gəlib keçən bu illərdə. Say əsas deyil, əsas həmin uşaqların Şuşa adlı bir sərvətdən xəbərsiz bu dünayaya göz açmaları və Şuşanı yalnız nənələrin, anaların söylədiklərində xatırlamalardır. Bu isə həmin körpələrin bu dünyada Şuşa adlı bir şəhərin mövcudluğundan xəbərsiz böyümələri və yaşamaları olacaq. Bu faciyəyə apaaran yolun başlanğıcını illər əvvəl özümüz qoymuşuq, illər sonra da bu yolu baça çatdırmaq şərəf işimiz olacaq.

Şuşa bu gün ağı üçün seçilmiş ünvan deyil. Şuşanın hardasa keçirilən yürüşlərə, mitinqlərə də ehtiyacı yoxdur. Şuşanı onu ürəkdən sevənlərə, silaha sarılıb, ermənilərin başını əzib məhv edənlərə ehtiyacı var. o sevənlərə ki, mayın 8-də siyasi riyakarlıqdan uzaq olaraq gözünün yaşını ürəyinə axıdır, uşağının elə uşaq sualları qarşısında aciz qalıb, verəcəyi cavabı axtara-axtara uşağının nə vaxt böyüdüyünün belə fərqində olmayanlara həqiqi vətənə, torpağa, yurduna bağlı olan insanlara ehtiyacı var, daha ağbirçək anasını torpağa tapşıranda qəbrinin üstünə Şuşadan gətirdiyi adı ilə Bakı torpağı səpənlərə yox. Şuşada torpaq altında fəryad edən ruhların intiqamı ağır olacaq,  onlar bizi-ölümlərindən sonra onlara ağı deyən bizləri, ünudulmalarını unudub Şuşaya Bakıda yas quranları bağışlamaycaqlar. Düşmən ayaqları altında inildəyən əcdadlarımızın Şuşanın göylərini tərk etməyən ruhların intiqamı ağır olacaq. Bizlərdən fərqli olaraq onlar özlərinə məxsus olanı tərk etmək niyyətində deyillər. Nə yaxşı ki, heç olmasa, Şuşanın göyləri bizimdir...

Nurəddin Faziloğlu
Qərb Unversitetinin V kurs tələbəsi

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü