Modern.az

Yaponiyada istidən 10 nəfər ölüb, minlərlə adam xəstəxənaya düşüb

Yaponiyada istidən 10 nəfər ölüb, minlərlə adam xəstəxənaya düşüb

Aktual

13 Avqust 2020, 12:00

Yaponiyada  ötən həftə ərzində isti hava şəraitində 10 nəfər günvurmadan həyatını dəyişib, 6664 nəfər isə xəstəxanaya yerləşdirilib. 

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə havanın temperaturu 35 dərəcədən çox olub. Bununla əlaqədar olaraq son həftə günvurmadan zərərçəkənlərin sayı artıb.

 

Bu həftə də zərəçəkənlərlə bağlı məlumatlar var. Avqustun 11-də rekord temperatur qeydə alınıb:

 

Qumma prefekturasında termometr 40 dərəcədən yuxarı qalxıb. Həftə ərzində Tokio, Saytamada, Sidzuokada və Miyadzakidə temperaturun 36 dərəcədən yuxarı olacağı deyilib. Sinoptiklər yerli sakinlərə günvurma təhlükəsi ilə bağlı xəbərdarlıq edib, lazım gəlmədikdə evdən çıxmamamğı, kondisionerdən istifadə etməyi və tez-tez su içməyi tövsiyə ediblər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…