Modern.az

ABŞ-dan Gürcüstana mesaj: "Bu, demokratik dəyərlərlə bir araya sığmır"

ABŞ-dan Gürcüstana mesaj:

Dünya

2 May 2024, 11:57

ABŞ Dövlət Departamenti Gürcüstanın “xarici agentlər haqqında” qanunu qəbul etməsini tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə Departamentin mətbuat xidmətinin nümayəndəsi Metyu Miller danışıb. 

 

O bildirib ki, qanun layihəsinin qəbulu “Kremldən ilhamlanıb” və bununla da ölkə hakimiyyəti tənqidi səsləri susdurmağa və Gürcüstanın fəal vətəndaş cəmiyyətini məhv etməyə çalışır.

 

“Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO-ya üzvlüyün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır və bununla da Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altında qoyur”, - bəyanatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi