Modern.az

Rusiya Ukraynanın təslim olan 15 hərbçisini... - DƏHŞƏT

Rusiya Ukraynanın təslim olan 15 hərbçisini... - DƏHŞƏT

Dünya

2 May 2024, 11:23

2023-cü ilin dekabr ayının əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin ən azı 15 hərbi qulluqçusu təslim olmaq cəhdi zamanı Rusiya qüvvələri tərəfindən vurulub.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının hüquq müdafiəçiləri müəyyən ediblər.

 

Beynəlxalq müdafiə təşkilatının nümayəndələri öz hesabatlarında qeyd edirlər ki, bu rəqəmə təslim olmuş və ya əsir götürülmüş daha 6 hərbçi də əlavə oluna bilər.

 

Hüquq müdafiəçiləri bu hadisələrin hərbi cinayət kimi araşdırılmalı olduğunu vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi