Modern.az

DİM-dən 14 aprel tarixli imtahanların nəticələri barədə AÇIQLAMA

DİM-dən 14 aprel tarixli imtahanların nəticələri barədə AÇIQLAMA

Təhsil

30 Aprel 2024, 15:28

Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel tarixli qəbul imtahanlarının nəticələri barədə açıqlama verib.

DİM-dən Modern.az-a bildirilib ki, 14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin mayın 10-dək olunması nəzərdə tutulur.

“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bəyan edib.

Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunmuş imtahanlarda 34 mindən çox şagird iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi