Modern.az

Əsgər ailələri üçün ailə mərkəzləri yaradıla bilər

Əsgər ailələri üçün ailə mərkəzləri yaradıla bilər

Aktual

1 Oktyabr 2020, 14:50

"Qarabağ veteranı və şəhid statusu ilə bağlı müvafiq instansiyalara təkliflər vermişik". 

 

Modern.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Tahirə Allahyarova deyib. 

 

"Əsgər ailələri, veteranlarla bağlı ailə mərkəzləri ideyasını reallaşdırmağa çalışacağıq. Bununla bağlı infrastruktur Azərbaycanda ən yüksək səviyyədə təşkil olunmalıdır. Qarabağ müharibəsi ilə bağlı simvolik rəmzlərin işlənməsi lazımdır. İstəyirəm ki, sentyabrın 27-dən başlayan tarix bizim zəfər yaddaşımız olsun. Bununla bağlı müsabiqələrin keçirilməsini təklif etmişik", - o bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…