Modern.az

Ermənilərin tabor komandiri, canlı qüvvəsi və hərbi texnikası MƏHV EDİLDİ

Ermənilərin tabor komandiri, canlı qüvvəsi və hərbi texnikası MƏHV EDİLDİ

Ölkə

12 Oktyabr 2020, 08:44

Cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 11-dən 12-ə keçən gecə gedən Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və  geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

 

Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb.Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.

 

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı