Modern.az

Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı

25 Oktyabr 2020, 21:01

Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycan komandası daha bir medal əldə edib.

 

Modern.az xəbər verir ki, cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) ilk görüşündə qazaxıstanlı Farux Bulekoluv, daha sonra niderlandlı Smink Cesperi məğlub etsə də sonrakı mərhələdə rusiyalı cüdoçu Mixail İqolnikova məğlub olub. Bürünc medal uğrunda niderlandlı Noel Van T End ilə qarşılaşmadan qalib ayrılan idmançımız üçüncü yeri tutub.

 

Qeyd edək ki, turnirin birinci və ikinci yarış günlərində yığma komandamızın üzvləri Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.

 

Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb. Yarışda 61 ölkədən 405 idmançı iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir