Modern.az

Ceyhun Bayramov bu dəfə İsveçrəyə səfər edəcək

Ceyhun Bayramov bu dəfə İsveçrəyə səfər edəcək

Aktual

26 Oktyabr 2020, 00:15

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveçrəyə səfər edəcəyi gözlənillir. 

 

Modern.az xəbər verir ki, səfər 29 oktyabr tarixinə planlaşdırılıb.

 

C.Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Görüşün mövzusu Dağlıq Qarabağ münaqişəsidir. 

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb. Bəyanata görə, həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin davamlılığı üçün mümkün parametrləri və 10 oktyabrda imzalanmış humanitar atəşkəslə bağlı sənədin elementlərini müzakirə edəcəklər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir