Modern.az

Azərbaycandakı yol qəzaları, ölənlər və yaralananların yeni rəsmi STATİSTİKASI

Azərbaycandakı yol qəzaları, ölənlər və yaralananların yeni rəsmi STATİSTİKASI

Təhsil

27 İyul 2012, 10:03

2012-ci ilin 6 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 449986 yol hərəkəti qaydalarının (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9116, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 47440, ötmə qaydalarının pozulması üzrə 6089, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15989, sərnişin daşıma qaydalarının pozulması üzrə 2548 fakt aşkar ediblər. YHQ pozuntusuna görə 1013 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yarım illik hesabatında bildirilib.

Məumata görə, yol-nəqliyyat hadisələrinin (YNH), onların nəticəsində yaralananların sayının azalmasına nail olunsa da, həlak olanların sayında cüzi artım qeydə alınıb. Belə ki, 1-ci yarımil ərzində respublika ərazisində 1278 YNH-si qeydə alınıb, nəticədə 436 nəfər həlak olub, 1361 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 86 fakt (6,3%) və yaralananların sayı 104 nəfər (7,1%) azalıb, həlak olanların sayı isə 3 nəfər (0,7%) artıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 85,4%-i (1091) sürücülərin qayda pozmaları, o cümlədən 26,8%-i (343) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,8%-i (317) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,2%-i (117) yolayrıclarını keçmə qaydalarının pozulması, 3,4%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 36,5%-ni (466) piyadaların vurulması təşkil edib, nəticədə 148 piyada həlak olub, 352-i yaralanıb. 132 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınıb YNH-ləri nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olub, 97 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 436 nəfərdən 352-i kişilər, 84-ü qadınlar, xəsarət almış 1361 nəfərdən isə 1059-u kişilər, 302-i qadınlar təşkil edib.
2012-ci ilin 1-ci yarımili ərzində respublika ərazisində 4 nəfərin ölümü və 39 nəfərin yaralanması ilə nəticələnmiş 41 YNH-i bağlı qalıb.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı