Arxiv
16 Dekabr 2020, 12:30 | AKTUAL
Qarakəndli Anuşun təbəssümü

Ağdamın taksi sürücülərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində dost-tanışları olardı. Şəhərin dəmir yol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən lap dostluq səviyyəsinəcən çatırdı. Hələ Xankəndiyə dəmir yol çəkilməmişdən qabaq Ağdamda qatardan düşən ermənilər ilk öncə göz-göz eləyib tanış sürücü axtarardılar. Bazarlığa gələnlərsə əvvəlcədən geri qayıdacaqları tanış sürücüylə vədələşirdilər.

 

Atamın da belə erməni tanışları az deyildi. Qarakəndli Rubenlə isə xüsusi münasibəti vardı. Ruben hər dəfə İrəvana gedəndə atama xəbər edərdi. Uzaq şəhərlərə müştəri düşəndə atam taksini həyətdə saxlayar, öz “Jiquli”sini sürərdi.

 

Bir gün dərsdən çıxanda atamın taksisini bazarın qabağında gördüm. Soruşub eləmədən mindim ki, gedəndə məni də evə düşürsün. Sən demə, atam, onun diliylə desəm “klent” gözləyirmiş. “Yemişcana iki “kletn” var, istəyirsən, bir yerdə gedək, qoyaq qayıdaq”.

 

Çox çəkmədi yaşlı ər-arvad xeyli bazarlıqla gəldilər. Yol boyu atamla söhbətlərindən bildim ki, çoxdanın tanışlarıdılar. Erməni olsalar da elə bizim ləhcədə danışırdılar. Füzuliyə tərəf xeyli gedəndən sonra maşınımız sola buruldu, üzü yuxarı meşəli dağa sarı yol aldı. Onları evlərinə qoyub qayıdanda atam yolüstü Qarakəndə döndü. “Rubenə bir salam verək gedək. Həm də görək tut arağından, çaxırdan nəyi var”.

 

Həyətdə bizi Rubenin arvadı Anuş qarşıladı. Qollarını yana açıb atamı elə bərk qucaqladı, üzündən elə öpdü ki, neçə ay Bakıda xəstə yatıb evə dönəndə heç anam onu belə qarşılamamışdı. Açığı onun bu hərəkətindən xoşum gəlmədi. Qısqanclığa bənzər bir hiss idi. Bəs necə, yad arvad atamı qucaqlayıb öpürdü.

 

Onun bizi evə dəvətini atam qəbul eləmədi, Ruben evdə deyil. “Rubeni neynirsən, mən ki evdəyəm. Yeməyim də var, araq da, çaxır da”, deyib atamın qoluna girdi, mehriban-mehriban evə tərəf çəkdi. Atam onun xoş inadı qarşısında sınmadı. “Yemişcana klent gətirmişdim, dedim dönüm bir salam verim. İndi işim var, başqa vaxt Ruben evdə olanda gələrəm”.

 

Evin kişisi evdə olmadığına görə atam içəri keçmədi və biz geri qayıtdıq.

 

***

 

Qarabağ separatçılarının başçıcı Araik Arutunyanla Rusiyanın adına “sülhməramlı” deyilən qoşunlarının komandanı Rüstəm Muradovun isti qucaqlaşma fotosunda Araikin gülər üzündəki təbəssümü o vaxt atamı qucaqlayan Anuşun şeytani təbəssümünün eynidi.

 

Mən çox ölkələr gəzmişəm, müxtəlif xalqların nümayəndələriylə təmasda olmuşam. Odur ki, ürəklə deyə bilərəm: qadın, ya kişi fərq eləməz, dünyanın ən qılıqlı xalq ermənidir. Onların işi düşəndə pişiklənmək qabiliyyəti, delikates ev yeyəcəklərindən süfrəsi, şirindil qadınları qarşısında hər özündən deyən kişi duruş gətirməz.

 

Yaşlı qarabağlılar xatırlayır ki, hər “vurub-tutan” oğlanın, kişinin Xankəndidə, erməni kəndlərində xanım “dostu” vardı. 1988-ci ildə hadisələr təzə başlayanda Ağdamdakı mitinqlərin birində Xuraman Abbasova boş yerə üzünü kişilərə tutum deməmişdi: “O baş qaldıranlar sizin balalarınızdı. Zəhmət çəkin, gedin dərslərini verin”.

 

Bunları niyə yazıram?

 

Arutunyanın rus generalını elə qucaqlanması sizə təəccüblü gəlməsin. Biz belə qucaqlaşmaları sovet dövründə çox görmüşük. Ermənilər o generalları, lap əsgərləri də, tut arağıyla, çoşka kababıyla, qılıqbaz arvadlarla elə tovlayacaqlar ki, ömürləri boyu ordan çıxmaq istəməyəcəklər.

 

Odur ki, nə qədər məsti-xumar olmayıblar o rus ordusunu Qarabağdan çıxarmaq haqda ciddi-ciddi düşünməliyik.

 

***

 

Bir də onu deyim ki, indi ta yazıq Anuşu  qınamıram. Mənim əzik-üzük sifətimə baxmayın, atam yaraşıqlı kişi idi.

 

Vahid Qazi

16 dekabr 2020

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37