Modern.az

Baldızını öldürən şəxs tutuldu

Baldızını öldürən şəxs tutuldu

Aktual

13 Yanvar 2021, 10:20

Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şəki rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib:

 

“Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunub. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edlib”.

Həmçinin, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirildiyi bildir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!