Modern.az

Nazir müavini: “Beynəlxalq təşkilatlar erməni vandallığına reaksiya vermədi”

Nazir müavini: “Beynəlxalq təşkilatlar erməni vandallığına reaksiya vermədi”

Aktual

29 Yanvar 2021, 16:42

"İşğaldan azad edilmiş Azərbaycan ərazilərində erməni təcavüzü nəticəsində dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı nəticələr müvafiq dövlət qurumlarına təqdim edilir".


Modern.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında söyləyib. Nazir müavininin sözlərinə görə, işğal prosesi davam edən vaxtda ətraf mühitlə bağlı beynəlxalq təşkilatlara da müraciətlər olub:

“Lakin yüzlərlə müraciətimizə bir təşkilat tərəfindən belə addım, qınaq olmayıb. Biz həmin əraziləri bərpa edəcəyik. Erməni vəhşiliyinə beynəlxalq təşkilatların münasibəti anlaşılan deyil. Ümumilikdə işğaldan azad edilən ərazilərdə qiymətləndirilmə işləri mütəmadi aparılmalı və monitorinqlər davam etdirilməlidir”.

V.Kərimov minillərlə yaşı olan ağacların məhv edilməsinə də toxunub:

“2000 yaşı olan və ermənilərin məhv etdiyi Çinar ağacının bərpası necə olacaq?! Təbii ki, əkdiyimiz ağacların də sonrakı müddətdə 2000 yaşı olacaq. Ağacları kəsilməsi bir yana, kötükləri də yandırıb məhv edirdilər. Bax, bu başa düşülən deyil”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı