Modern.az

Milli Məclisin peyvənd olunan deputatı özünü necə hiss edir…

Milli Məclisin peyvənd olunan deputatı özünü necə hiss edir…

Parlament

3 Fevral 2021, 10:57

Milli Məclisin deputatı Asim Mollazadə koronavirusa qarşı peyvənd olunub.

Bu barədə məlumatı Modern.az-a Asim Mollazadə təsdiqləyib. 

Deputat özünü çox yaxşı hiss etdiyini bildirib:

«Özümü çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya baş vermədi. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsunlar. Çünki COVİD-19-dan qurtulmaq üçün peyvənd olunmaq vacibdir. Vaksin vurdurmaq həm özümüzün, həm də yaxınlarımızın sağlamlığı üçün önəmlidir».

Asim Mollazadə digər deputat həmkarlarının vaksin vurdurub-vurdurmamasından xəbərsiz olduğunu deyib. 

Qeyd edək ki, Asim Mollazadənin yaşı  65-dən yuxarıdır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir