Modern.az

Gəncə-Naxçıvan aviareysi bərpa oluna bilər

Gəncə-Naxçıvan aviareysi bərpa oluna bilər

Aktual

10 Mart 2021, 10:50

Hökumət Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə aviareysinin bərpasını təklif edir.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinə dair hesabatında əks olunub. Sənəddə vurğulanır ki, əvvəllər fəaliyyət göstərən Gəncə-Naxçıvan aviareysinin bərpa edilməsi tələbə və əsgərlərin, habelə onların valideynlərinin gediş gəlişini asanlaşdırmaqla yanaşı,  turizmin inkişafına da müsbət təsir göstərmiş olar.  

Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysləri İran üzərindən yerinə yetirilir. Bu səbəbdən uçuş vaxtının 30 dəqiqədən 1 saat 08 dəqiqəyə qədər artması reyslərin Gəncədə eniş etməklə yerinə yetirilməsində müəyyən çətinliklər yaradır. Gürcüstan və Türkiyə üzərindən uçuşlar isə bu müddətdən daha artması və əlavə maliyyə xərcləri ilə nəticələnəcək.

Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı