Modern.az

Ərdoğan Baydenin Putini “qatil” adlandırmasını pislədi

Ərdoğan Baydenin Putini “qatil” adlandırmasını pislədi

19 Mart 2021, 15:41

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra mətbuatın suallarını cavablandırdı. O, ABŞ pezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı qeyri-etik sözlərə münasibət bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Baydenin Putin üçün “qatil” ifadəsini işlətməsini qəbuledilməz sayıb:

"Cənab Baydenin Putinlə bağlı açıqlamaları bir dövlət başçısına yaraşmaz və bir dövlət başçısının Rusiya prezidentinin ünvavına belə bir xoşagəlməz söz işlətməsi qəbuledilməzdir".


Ərdoğan deyib ki, Putin Baydenə çox yumşaq, amma ağıllı cavab verib.

Martın 17-də ABŞ prezidenti Co Bayden jurnalist Corc Stefanopulosa müsahibəsində Rusiya prezidenti Vladimir Putini qatil sayıb-saymaması ilə bağlı suala "hə" cavabını verib. Üstəlik, Rusiyanı ABŞ-da ötən ilki prezident seçkilərinə müdaxilədə günahlandıraraq Putinin bunun hesabını verəcəyini deyib.


Sonra isə Kreml Vaşinqtondakı səfirini məsləhətləşmə üçün geri çağırıb. V.Putin isə öz növbəsində, C.Baydenə sağlamlıq arzulayıb və canlı yayımda onu debata çağırıb. Putin dolayısı ilə onu da deyib ki, Bayden güzgüyə baxaraq öz adını ona ünvanlayıb.


Baydenin administrasiyasından isə debat çağırışına "prezidentin vaxtı yoxdur" cavabı verilib.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir