Modern.az

Koçaryan seçkilərə bu partiyalarla gedir

Koçaryan seçkilərə bu partiyalarla gedir

Dünya

7 Aprel 2021, 10:57

Ermənistanın eks-prezidenti Robert Koçaryan növbədənkənar seçkilərdə iştirak etməyə hazırlaşır.

 

Modern.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, siyasətçinin seçkilərə qatılacağı siyasi qüvvələr arasında “Daşnaksütyun” partiyası ilk sırada olacaq.


“Bu partiya ilə yanaşı, bəzi məlumatlara görə, Gorus meri Aruş Aruşanyan, Sisian meri Artur Sarkisyan, Qacaran meri Mnavel Paramazyan, Meğri meri Mxitar Zakaryan və s. şəxslərin üzv olduğu “Dirçələn Ermənistan” partiyası da Koçaryanın başçılıq edəcəyi siyasi bloka qatılacaq. Bundan başqa, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın sədri olduğu “Vətən” partiyasının bloka qatılması istisna olunmur”- deyə “Qraparak” qəzeti yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı