Modern.az

Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ

Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ

Aktual

12 May 2021, 10:31

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramının namazı qılınacaq. 

Modern.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-i və 13-ü “Xarı bülbül” musiqi festivalı keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır