Modern.az

Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO

Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO

18 May 2021, 00:44

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Şuşaya səfəri zamanı çəkdirdiyi şəkli uşaqlıq fotosu ilə birgə tvitterdə paylaşıb.

 

Modern.az-ın məlumatına görə, nazir ilk dəfə Şuşada 36 il bundan əvvəl olduğunu qeyd edib.

 

“İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa Bulağından su içmək necə də xoşdur!

Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”, - deyə nazir bildirib.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir