Modern.az

İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır

İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır

Aktual

18 May 2021, 10:54

İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

 

E. Cabadov qeyd edib ki, hazırda araşdırmalar gedir:

 

"İndi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır. Düşünürük ki, ilkin qiymətləndirmələrdən sonra Dövlət Turizm Agentliyi olaraq yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".

 

Qurum rəsmisi deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:

 

"Şuşa ilə bağlı olanlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi