Modern.az

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Qarabağ

13 İyun 2021, 16:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də keçiriləcək NATO dövlət və hökumət başçılarının zirvə toplantısına qatılmaq üçün Brüsselə səfər edəcək.


Modern.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.


Toplantıda NATO-nun gələcək inkişafı, alyansın təhlükəsizliyinə təhdidlərlə yanaşı, Əfqanıstana qətiyyətli dəstək missiyasının başa çatması fonunda bu ölkəyə dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyə liderinin bəzi müttəfiq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.


Beləki, Ərdoğan Belçika səfərindən sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.


Eyni zamanda Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.


Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi