Modern.az

Azərbaycanın 3 QHT-si Gürcüstanda koalisiya yaradıb

Azərbaycanın 3 QHT-si Gürcüstanda koalisiya yaradıb

8 Oktyabr 2012, 20:22

Oktyabrın 6-da Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin  sədri Anar Xəlilov təşkilatın ofisində Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatları üçün həyata keçirilən "Connected by the border " proqramı çərçivəsində Bakıda səfərdə olan polşalı koordinatorlar Agata Will və Maria Artemiuki qəbul ediblər. Modern.az-ın məlumatına  görə, Agata Will və Maria Artemiuki Bakıda gördüyündən məmnun olduğunu  qeyd edib, təşkilatın indiyə qədərki fəaliyyətindən , əsasəndə, beynəlxalq əlaqələrdən geniş məlumat verib. Həmçinin Qarabağ problemindən geniş söhbət açılmış qonaqlara Azərbaycanın haqlı mövqeyi izah olunub. Qonaqlar birlik tərəfindən hazırlanmış üç dildə “Qarabağa bidələr” kitabı və ingilis dilində hazırlanan “Qafqazın Konservatoriyası” sənədli filminin diskləri təqdim olunubdur. SİMİB sədri Anar Xəlilov bu ilin sentyabrayında keçirilmiş nüfuzlu “I Lyublin Mədəniyyət” Konqresinin 2014-cü ildə Bakıda keçirilməsini təklif edib. Qonaqlar bu ideyanı dəstəklədiklərini bildirdilər və tövsiyyə etdilərki Tbilisidə keçirilən seminarda butəklif səsələndirilsin.

Qarşılıqlı söhbət əsnasında qonaqlar reallaşacaq proqramdan, Azərbaycan üçün səmərəsindən ,birgə əməkdaşlıqdan nə kimi ideaların ortaya çıxması haqqında məlumat veriblər .Əlaqlərin daha da möhkəmlənməsi və inkişafı ilə bağlı qonaqlar müxtəlif təkliflər də səsləndiriblər.

Görüşdə “Yeni Həyat “Humanitar və Sosial təşəbbüslər ” ictimai birliyinin sədri Nailə İsmayılova və “Bakı Gənclər Klubunun” sədri Azər Cavadov da iştirak ediblər. Hər iki təşkilatın sədri qonaqlara bu proqrama üzv olduqlarından məmnunluqlarını bildirib və gələcək planlarını söyləyiblər.

Görüşdən sonar hər üç təşkilatın sədrləri qonaqlarla birgə oktyabrın 8-dən 11-dək Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutacaq seminarda iştirak etmək üçün yola düşüblər.

Bu gün isə  Tbilisidə "Connected by the border "proqramı çərçivəsində seminar öz işinə başlayıbdır. Seminarda Serbiya, Almaniya, Gürcüstan, Azərbaycan, Polşa, Ermənistan, ABŞ, Belarusiyavə s ölkələrdən nümayəndələr iştirak edir.

Xatırladaqki,  bu proqram çərçivəsində Şərq Tərəfdaşlığına üzv ölkələrin mədəniyyətlərarası əlaqələrinin genişləndirilməsi məqsədi ilə yeni koalisiya yaradılıb. Azərbaycandan bir neçə QHTvə müstəqil ekspertlər yeni şəbəkəyə üzv seçiliblər. Seçilən QHT-lər Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyi,  “YeniHəyat “Humanitar və Sosial təşəbbüslər ictimai birliyi, Bakı Gənclər Klubu ictimai birliyi “AzərbaycanFotoqraflar”birliyivə “Birləşmiş Rəssamlar” ictimai birlikləridir. Yaradılan Şəbəkənin Azərbaycan üzrə koordinatoru “Birləşmiş Rəssamlar” klubunun əlaqələndiricisi rəssam Səbinə Şıxlinskaya seçilibdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir