ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.
Modern.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
"Prezident Cozef Bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir" - mətbuat katibi bildirib.
C.Psaki, həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı, V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək.