Modern.az

Erməni hərbçilərdən rüşvət tələb edilir

Erməni hərbçilərdən rüşvət tələb edilir

29 İyul 2021, 10:40

Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri də rüşvətxorluqdur. Bu günlərdə hərbi hissələrdən birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

 

Məlumatda bildirilib ki, Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər ehtiyata buraxılmaları barədə müraciət ediblər. Hərbi qulluqçular Edqar Zavtilyan, Artur Volodyan, Qriqoru Qriqoryandan tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb olunub. Hərbi qulluqçular hələlik hüquq mühafizə orqanlarına müraciət etməsələr də yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər.

 

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan ordusundan təcili surətdə tərxis edilərək ölkədən çıxıb getmək istəyənlərin sayı günü-gündən artır. Bu, həm Azərbaycan Ordusunun parlaq qələbəsi nəticəsində Ermənistan ordusunda yaranmış xaos, baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ruh düşkünlüyü, həm də son vaxtlar Ermənistan tərəfinin sərhəd rayonlarında vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatlarla əlaqədardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?