Modern.az

Deputat Qurban Bayramını ermənilərin 100 metrliyində qeyd etdi SƏNGƏRDƏN FOTOSESSIYA

Deputat Qurban Bayramını ermənilərin 100 metrliyində qeyd etdi SƏNGƏRDƏN FOTOSESSIYA

Aktual

28 Oktyabr 2012, 14:02

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının rəhbərliyilə ilə təşkilatın bir qrup üvzi dünən Tərtər rayonunda erməni silahlı birləşmələri ilə 100 metr məsafədə yerləşən hərbi hissədə Qurban bayramını qeyd ediblər.

Modern.az-ın verdiyi məlumata görə, onlar bayram münasibəti ilə Milli Ordunun əsgər və zabit heyətini təbrik edib, qurbanlar kəsiblər.

Rayon təşkilatının sədri Məlahət İbrahimqızı əsgərləri təbrik edib və onlara “qələbə xəbəri indiki əsgərlərin adına yazılsın”-deyə, arzu edib.

“Sizə yalnız zəfər yaraşır. Sizin hər biriniz Mübariz İbrahimov, Ramil Səfərovsunuz. Əminəm ki, sizlər torpaqlarımızı işğaldan azad edəcəksiniz, zəfər sizin adınıza yazılacaq”.

Millət vəkili eyni zamanda hərbi hissənin zabit heyəti ilə görüşüb. Onlara bildirib ki, siz bu peşəni seçməklə ən şərəfli seçim etmisiniz: “Vətənin müdafiəsi yükünü öz çiyinlərinizə götürmüsünüz. Buna görə də, ilk növbədə sizə minnətdaram. Siz bilin ki, sizin xidmətlərinizi nə Vətən, nə də vətənsevər insanlar unudacaq. Daim Ali Baş Komandanımızın diqqətindəsiniz. Prezidentimizin etimadını doğrultmaq hər birimizin borcudur”.

Hərbi hissə rəhbərliyi bildirib ki, bu cür görüşlər əsgərlər arasında ruh yüksəkliyini daha da artırır. Düşmənlə cəmi 100 metr məsafədə olmamız bizdən daha güclü, daha ayıq olmağa tələb edir. Əsgərlərimizdə vətənimizi işğaldan azad etmək üçün böyük ruh yüksəkliyi, döyüş əzmi var. Buna əmin ola bilərsiniz.

   

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

 

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı