Modern.az

İsmət Abbasov: “Fermerlərin şikayəti əsassızdır”

İsmət Abbasov: “Fermerlərin şikayəti əsassızdır”

2 Noyabr 2012, 11:42

Çörəkbişirmə müəssisələrinin rəhbərləri Azərbaycanda istehsal olunan buğdanın tərkibinin keyfiyyətsiz olduğunu iddia edirlər. Kənd təsərrüfatı naziri İsmət Abbasov Modern.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda keyfiyyətli buğda istehsal olunur.

“Digər ölkələrlə müqayisədə taxıl, buğda istehsalı üçün ölkəmiz daha əlverişlidir. Mövcüd olan 13 iqlim tipindən 9-u Azərbaycanda var. Buna görə tam əminliklə deyirəm ki, ölkəmizdə istehsal olunan buğda keyfiyyətlidir. Etiraf etmək lazımdır ki, istehsal olunan buğda fermerlər tərəfindən yaxşı təmizlənmir. Bunun üçün buğda yaxşı təmizlənmədiyindən fermerlər özlərinə alıcı tapa bilmirlər”.

Nazir buğdanın keyfiyyətsiz olduğunu deyən insanlar, bu sahədə az məlumatı olan adamlardır ki, Azərbaycanda istehsal olan buğda keyfiyyətsizdir deyirlər. Bu qətiyyən belə deyil. “Azərbaycanda istehsal olunan buğda ən keyfiyyətli buğdadır”.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü