Modern.az

Çində koronavirusun yeni ocağı aşkarlandı

Çində koronavirusun yeni ocağı aşkarlandı

12 Sentyabr 2021, 10:40

Çinin şərqindəki Fuzyan əyalətində COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

 

Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə son sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir