Modern.az

Britaniyada COVID pasportu tətbiq edilməyəcək

Britaniyada COVID pasportu tətbiq edilməyəcək

Dünya

12 Sentyabr 2021, 21:46

Böyük Britaniya hökuməti koronavirus əleyhinə peyvəndin vurulmasını təsdiqləyən pasportların tətbiq edilməsinə razılıq verməyib.

 

Modern.az “BBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid məlumat verib.

 

İngiltərədə bu ayın sonunda gecə klublarına və ictimai tədbirlərə daxil olmaq üçün COVID pasportlarının tələb edilməsi haqqında qərar verilməsi gözlənilirdi. Ancaq təklif bəzi millət vəkilləri tərəfindən tənqid edildi və bu təklifin ayrı-seçkilik yaratdığı bildirildi.

 

“Sadəcə pasportlar olsun deyə, həmin peyvənd pasportlarını tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunluq duyuram”, - deyə Cavid qeyd edib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü