Modern.az

İlk doğum günü Murovda qeyd edilən şəhid övladı - FOTOLAR

İlk doğum günü Murovda qeyd edilən şəhid övladı - FOTOLAR

Aktual

22 Sentyabr 2021, 15:58

Bu gün  Aprel şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucovun doğum günüdür. ADA universitetinin 5-ci kurs tələbəsi olan Aqşinin 21 yaşı tamam olur.

 

Şəhidimizin xanımı Sevinc Orucova övladının doğum günü ilə bağlı xatirələrini Modern.az-la bölüşüb.

 

“Bir hərbçinin övladı olmaq həm şərəflidir, həm də çətin. Ad günü təntənəsindən uzaq olmuşuq biz, çünki Raquf həmişə çətin bölgələrdə xidmət edib, vaxtı olmayıb gəlsin. Aqşinin ilk doğum gününü Murovun ətəyində qeyd etmişik. Toğanalı kəndində yaşamışıq,  sakit şəkildə, hərbçi ailələrinin əhatəsində qeyd etmişik özəl  günlərimizi.  O zaman daha çox xoşbəxt idik, tam ailə idik, Raquf Orucov bizimlə idi.

 

Aqşin mətiqi cəhətdən güclü uşaq olduğu üçün pazıl yığmağı xoşlayır. Ən çox sevdiyi hədiyyə də pazıl idi. Böyüdükcə maraq dairəsi dəyişdi. Aqşin 10-cu sinfdə oxuyanda Raqufu itirdik, həmin gündən ad günlərini qeyd etmirik. 

 

Həyatımızı, ömrümüzü iki yerə bölmüşük: Raqufdan əvvəl və sonra. Raquf harada olmağından asılı olmayaraq, Aqşini ən birinci özü zəng edib təbrik edirdi.  Onun üçün ən böyük maraq Aqşinin təhsil alması idi.  Kaş ki, sağ olardı, bu günləri görərdi. Bizim üçün ən böyük ad, şərafət Raquf Orucovun ailəsi olmaqdır”, - deyə Sevinc Orucova söyləyib.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı