Modern.az

“Canavar” ləqəbli şəhid polkovnikin doğum günüdür - VİDEO

“Canavar” ləqəbli şəhid polkovnikin doğum günüdür - VİDEO

23 Sentyabr 2021, 10:47

Bu gün Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Rəşad Quliyevin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Rəşad Rəşid oğlu Quliyev 1983-cü il sentyabrın 23-də Bakının Xətai rayonunda anadan olub. 1990-1998-ci illərdə A.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə, 1998-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə ali hərbi təhsil alıb.

 

R.Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən "Canavar" ləqəbini qazanıb.

 

R.Quliyev oktyabrın 7-də Cəbrayıl rayonunun işğaldan azad olunması zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Ailəli idi. İki qızı yadigar qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir