Modern.az

Aeroport yolunda ağır qəza törədən sürücünü hansı cəza gözləyir?

Aeroport yolunda ağır qəza törədən sürücünü hansı cəza gözləyir?

13 Oktyabr 2021, 10:58

Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki,  həmin maddə ilə qəzanı törətməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlunu beş ildən on ilədək müddətində azadlıqdan məhrum olunma cəzası gözləyir.

Hazırda polis tərəfindən saxlanılan 19 yaşlı sürücü barəsində əlavə maddələrlə ictimaiyyət işinin açılması da istisna olunmur.

 

Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı