Modern.az

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - FOTO

İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı - FOTO

Qarabağ

13 Oktyabr 2021, 18:42

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.



Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

 

Rəsmi məlumata görə, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

 

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Goranboyda dəfn olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır