Modern.az

“Abidənin götürülməsi Meksika ilə diplomatik əlaqələri pis durumda qoyacaq” - Səfir İlqar Muxtarov

“Abidənin götürülməsi Meksika ilə diplomatik əlaqələri pis durumda qoyacaq” - Səfir İlqar Muxtarov

24 Noyabr 2012, 13:06

Meksikada Heydər Əliyev abidəsi ətrafında mübahisənin çözülməsi üçün yaradılan komissiya heykəlin götürülməsi ilə bağlı qərar verib. Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, qərarla bağlı isə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib ki, bu addım Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin kəskin pisləşməsinə səbəb olacaq. “Heydər Əliyevin abidənin götürülməsi həm Azərbaycan və Meksika arasındakı münasibətləri pisləşdirəcək, həm Azərbaycan səfirliyi bağlanacaq, həm də 4 milyard dollarlıq investisiyanı ləğvinə səbəb olacaq” – deyə İ. Muxtarov qeyd edib.
Qeyd edək ki, abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. İmzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır.  


Sevinc İltifatqızı
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir