Modern.az

Universitetdə kütləvi dava düşüb

Universitetdə kütləvi dava düşüb

30 Noyabr 2012, 16:28

Türkiyənin Ankara Universitetində tələbələr arasında kütləvi dava düşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, dava universitetin tarix və coğrafiya fakültəsinin tələbələri arasında olub. Dünən axşam saatlarından başlanan dava bu gün yenidən davam edib. Tələbələr şüşə və daşlarla bir-birlərinə ağır xəsarətlər yetiriblər. Olaya polis müdaxilə etsə də hadisənin hazırda davam etdiyi bildirilir. Əlbəyaxa dava zamanı bir neçə nəfərin ağır xəsarət alıb.

Qeyd edək ki, Ankara universitetində təhsil alan tələbələr arasında azərbaycanlı tələbələr də var. Onların davada iştirak edib-etməməsi haqda hələlik məlumat yoxdur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir