Modern.az

Bu hərbi qulluqçulara mənzil veriləcək

Bu hərbi qulluqçulara mənzil veriləcək

16 Noyabr 2021, 11:50

Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı ünvanlı sosial yardım haqqında danışıb.

Modern.az xəbər verir ki, nazir gələn ilin ünvanlı sosial yardımı üçün 208 milyon manat ayrılacağını söyləyib:

“Növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur”.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur:

“Eyni zamanda, əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 % artırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq:

“Növbəti ilin dövlət büdcəsi hesabına güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü