Modern.az

Bakıda orta məktəbdə həyəcan yaşanıb

Bakıda orta məktəbdə həyəcan yaşanıb

Təhsil

4 Dekabr 2012, 18:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xətai rayonunda 59 saylı orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bunlar, istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) 4 ədəd 100 mm-lik top mərmisi (2 ədəd gilizli, 2 ədəd gilizsiz), 2 ədəd tank əleyhinə TM-62 markalı mina və 2 ədəd MVC-62 markalı mina partladıcısıdır.

Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 15:30-da başa çatıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı