Modern.az

Paşinyandan daha bir ETİRAF

Paşinyandan daha bir ETİRAF

Dünya

8 Dekabr 2021, 20:42

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə hazırda müxalifətdə olan əvvəlki hakimiyyət nümayəndələrini Qarabağla bağlı danışıqlarda xoşagəlməz vəziyyət yaratmaqda ittiham edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

 

 

Paşinyan qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi ona miras qalıb və bu proses Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasına imkan vermirdi. O deyib ki, bu sözlərini hər zaman subut etməyə hazırdır. Paşinyan bildirib ki, Ermənistanın əvvəlki hakimiyyəti hətta nəzəri də olsa belə Dağlıq Qarabağın Azərbaycan tərkibində olmaması ilə bağlı imkan saxlamamışdı.

 

“Siz hələ də bir kəlmə də demirsiniz ki ki, özünüz müharibənin qarşısını necə alardınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə edərdiniz ki, müharibə olmasın. Niyə də olmasın?”, - deyə Paşinyan bildirib.

 

O, sələflərini də ordunu və ölkəni talamaqda ittiham edib: “Sizin müdafiə naziri (Ohanyan) deyirdi: Gedin boş konserv qutularını səngərdə asın, Azərbaycan əsgəri gələndə eşidək”.

 

Paşinyan qapalı iclas təşkil etməyi təklif edib və bildirib ki, o, iddiasını sübut etmək üçün keçmiş danışıqlara dair sənədləri gətirəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır