Modern.az

"Quba məhbusları" məhkəmə zalında azad olundular

"Quba məhbusları" məhkəmə zalında azad olundular

13 Dekabr 2012, 18:54

Dekabrın 13-də hakim Zamin Tahirovun sədrliyi ilə Quba rayon Məhkəməsində keçirilən məhkəmə prosesində 8 nəfər - Fərhad Əbdurrəhmanov, Samir Xanmədov, Alxas Danyalov (həbsdə), Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov, Səxavət Ələsgərova hökm oxunub.
Bu barədə "Bizim yol" qəzeti məlumat yayıb. Məlumata görə, iki təqsirləndirilən şəxs istisna olmaqla digərlərinə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Fərhad Abdurrəhmanov 4 il, Səxavət Ələsgərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Samir Xanmədov, Alxas Danyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sərvin Çobanov, Murad Zakirov məhkəmə zalından azadlığa buraxılıb. Hakimin hökmü alqışlarla yekunlaşıb. Azadlığa buraxılan şəxslər "Bizim yol"a bildiriblər ki, hakimin hökmündən razıdırlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü