Modern.az

Qadınların uzunömürlülüyü 70, kişilərinki 65 yaş olacaq

Qadınların uzunömürlülüyü 70, kişilərinki 65 yaş olacaq

Təhsil

25 Fevral 2010, 09:33

BMT Baş katibi Pan Gi Munun təşkilatın Nyu-Yorkdakı Baş qərargahında yayılmış “Sağlamlığın mühafizəsi, xəstəliklər, ölüm və inkişaf” mövzusunda məruzəsində deyilir ki, 2005-2010-cu illərdə dünyada qadınlar arasında uzunömürlülük 70 yaş, kişilər arasında isə 65 yaş olacaq. Məruzə BMT sisteminin profil proqramlarının və agentliklərinin (DST, YUNİSEF, BMT Əhali Proqramı və s.) son tədqiqatlarının nəticələrinə əsaslanır.
Məruzəyə görə, kişilərin və qadınların ömrünün uzunluğu arasında ən böyük fərq Avropada, habelə Latın Amerikası və Karib dənizi ölkələrində qeydə alınıb.
BMT-nin YUNİSEF-in ötən ilin noyabrında yayılmış məruzəsində açıqlanan son məlumatlarına görə, Yaponiya uzunömürlülük sahəsində lider olaraq qalır – 83 yaş, axırıncı yerdə isə Əfqanıstandır – 44 yaş. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü