Modern.az

Prezident başsağlığı verdi

Prezident başsağlığı verdi

14 Yanvar 2013, 19:10

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdariyə başsağlığı veib.
Başsağlığında deyilir:

- Hörmətli cənab Prezident,
Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir