Modern.az

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

2 Fevral 2013, 11:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az – a verilən məlumata görə sabahBakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcək, gecə və səhər az yağıntılı olacağı gözlənilir. 

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü